Elmi seminarda inşaat poladlarının mexaniki və istismar xassələrini yüksəltmək məsələsi müzakirə olunub - 10.01.2023
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Texnoloji maşın və avadanlıqlar” kafedrasında elmi seminar keçirilib. Seminarda kafedra-nın professor-müəllim heyəti, Elmi tədqiqat şöbəsinin əməkdaşları və doktorantlar iştirak ediblər.
Seminarda assistent Qəşəng Həmzəyeva “İnşaat poladlarının möhkəmləndirilməsində səthi-plastiki deformasiyanın effektivliyinin araşdırılması” mövzusunda çıxış edib. Bildirilib ki, tikinti sənayesi və maşınqayırma metal materiallarının ən çox istifadə edildiyi sahələrdir. Buna görə də metala qənaət məqsədilə inşaat poladlarının mexaniki və istismar xassələrini yüksəltmək yolu ilə istifadə olunan metal kütləsini azaltmaq aktual məsələlərdən biridir.
Məruzəçi çıxışında inşaat poladlarının xassələrini artırmaq məqsədilə yeni mütərrəqi üsulun işlənib hazırlanması və istehsalatda tətbiqini təklif edib.
Seminarın sonunda məruzə ətrafında fikir mübadiləsi aparılıb və məruzəçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.