Batan qruntlar üzərində yerləşən özül konstruksiyaları ilə bağlı elmi seminar keçirilib - 10.01.2023
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Bünövrələr, özüllər və yeraltı qurğular” kafedrasında elmi seminar keçirilib. Seminarda AzMİU-nun Elmi tədqiqat şöbəsinin əməkdaşları, kafedranın müəllimləri və tələbələr iştirak ediblər.
“Bünövrələr, özüllər və yeraltı qurğular” kafedrasın dosenti Liliya Əliyeva “Batan qruntlar üzərində yerləşən özül konstruksiyalarının hesablanmasına dair” adlı mövzu ilə çıxış edib. Məruzəçi batan qruntlar üzərində yerləşən özül konstruksiyalarının hesablanmasına dair son texnologiyalar, həmin texnologiyaların tətbiqi və bu istiqamətdə aparılan elmi-texnoloji araşdırmalar haqqında geniş məlumat verib.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və məruzəçi tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb.