AzMİU-nun payız semestrının imtahan sessiyasında 10 min 655 tələbə iştirak edir - 06.01.2023

Yanvarın 5-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bakalavr və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin payız semestrının imtahan sessiyası başlayıb. Sessiya fevralın 3-dək davam edəcək.
İmtahanlarda bakalavr səviyyəsi üzrə 7658, magistratura səviyyəsi üzrə isə 990 tələbə iştirak edir. 
Bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər. 
İmtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb. Test üsulu ilə imtahan verən tələbələr üçün 180 və 30 kompüterdən ibarət kompüter zallları fəaliyyət göstərir. 
AzMİU ilə yanaşı, universitetin nəzdindəki İnşaat Kollecində də qış imtahan sesiyası başlayıb. İmtahan sessiyada kollecin 2007 tələbəsi iştirak edir. 
İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə AzMİU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir. Sessiyanın gedişində universitetdə Açıq Qapı Günlərinin və Media Turların təşkili də nəzərdə tutulub. 

06-01-2023