Tələbələrin nəzərinə!

Asiya İnkişaf Bankının və Koreya Respublikasının e-Asiya və Bilik Tərəfdaşlıq Fondunun birgə təşkilatçılığı ilə “CAREC universitetlərarası startap generatoru 2023” proqramına start verilib
Azərbaycan da daxil olmaqla, 10 ölkədə keçiriləcək proqram startap ekosistemini təkmilləşdirmək, regiondakı universitet tələbələri arasında əməkdaşlıq imkanlarını və əlaqələrini genişləndirilmək, sahibkarlıq mühitinə və innovativ düşüncənin təşviqinə töhfə vermək məqsədi daşıyır.

Proqrama qoşulan tələbələr:
Sahibkarlar, investorlar və təlimçilərdən ibarət şəbəkəyə qoşulmaq,
Sahibkarlıq ruhunu və yumşaq bacarıqları inkişaf etdirmək,
Mentorluq və təlim proqramlarına qoşulmaq,
Beynəlxalq əlaqələr yaratmaq,
Mükafat və maliyyə dəstəyi qazanmaq kimi imkanlardan yararlana biləcəklər.
2 ay davam edəcək proqrama səhiyyə, ətraf mühit, mobillik mövzularında innovativ həll təqdim edən startaplar qoşulmaq imkanı əldə edəcəklər.
Son qeydiyyat tarixi: 01.02.2023
Ətraflı məlumat və qeydiyyat üçün: bit.ly/3Vxk9gy

#İRİA #IDDAaz #CAREC

 

29-12-2022