TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

“Heydər Əliyev – 100”
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev ili” elan edilib. 2023-cü ilin may ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin “Heydər Əliyev ili” və Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100” adlı əl işləri, rəsm, rəngkarlıq, qrafika və plakat işlərinin sərgisi keçiriləcək. Müsabiqəyə təqdim ediləcək işlər 20.04.2023-cü il tarixinədək qəbul edilir. 

“Xocalı tələbələrin gözü ilə”
26.02.2022-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində Xocalı soyqrımının 31-ci ildönöümünə həsr olunmuş “Xocalı tələbələrin gözü ilə” adlı əl işləri, rəsm, rəngkarlıq, qrafika və plakat işlərinin sərgisi keçiriləcək. Müsabiqəyə təqdim ediləcək işlər 20.02.2023-cü il tarixinədək qəbul edilir.   

“Bir millət, iki dövlət, hər ikisi cumhuriyyət”
29.11.2023-cü il tarixində Türkiyə Cumhuriyyətinin yaranmasının 100 illiyi qeyd ediləcək. Bu tarixi günlə əlaqədar olaraq 2023-cü ilin oktyabr ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin “Bir millət, iki dövlət, hər ikisi cumhuriyyət” adlı əl işləri, rəsm, rəngkarlıq, qrafika və plakat işlərinin sərgisi keçiriləcək. Müsabiqəyə təqdim ediləcək işlər 10.10.2023-cü il tarixinədək qəbul edilir. 

“ŞUŞA – Türk dünyasının mədəniyyət paytaxtı”
31.03.2022-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bununla əlaqədar olaraq 2023-cü ilin dekabr ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin “ŞUŞA – Türk dünyasının mədəniyyət paytaxtı” adlı əl işləri, rəsm, rəngkarlıq, qrafika və plakat işlərinin sərgisi keçiriləcək. Müsabiqəyə təqdim ediləcək işlər 25.10.2023-cü il tarixinədək qəbul edilir.  

Qeyd: İşlər I tədris binası, 202-ci otağa təqdim edilməlidir. 

 

26-12-2022