İNNAB Təlim və Karyera Mərkəzinin əməkdaşları AzMİU tələbələri ilə təcrübələrini bölüşüblər [26.12.2022]

İnnab Təlim və Karyera Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti-iqtisad fakültəsinin IV kurs tələbələri üçün “Karyera planlaması və “Excel”in karyerada əhəmiyyəti” mövzusunda seminar keçirilib. 
Seminarda İnnab Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova, Təlim Mərkəzinin direktoru Tunar Süleymanlı karyera qurmaq üçün mühüm hesab edilən məqamlar, müasir iş dünyanın tələbləri, “Excel”in əhəmiyyəti haqqında fikirlərini bölüşüblər. 
Məlumat üçün bildirək ki, İnnab Karyera Mərkəzinin tələbə və məzunlar üçün nəzərdə tutulmuş bir sıra layihələri mövcuddur. Bu layihələr çərçivəsində ali təhsilli gənclərin real işlə təmin olunmasına dəstək olurlar.
Qeyd edək ki, seminardan əlavə olaraq İnnab Təlim və Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova ilə AzMİU-nun Təcrübə və Karyera Mərkəzi rəhbəri Xanlar Qəniyevin görüşü keçirilib. Görüşdə birgə əməkdaşlıq məsələləri, AzMİU tələbələri üçün təlimlərin təşkili və karyera imkanları müzakirə edilib.

 

26-12-2022