AzMİU-da “Təmiz Şəhər” ASC-nin növbəti seminarı keçirilib [26.12.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində “Təmiz Şəhər” Mərkəzində “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin mühəndisi Cahangir Məmmədzadə tərəfindən maarifləndirici seminar keçirilib. Seminarda Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan I kurs tələbələri iştirak ediblər. Cahangir Məmmədzadə əvvəlcə tələbələrə ASC haqqında ətralı məlumat verib. Daha sonra “Bərk məişət tullantıları alternativ enerji mənbəyi kimi”, “Bərk məişət tullantılarının poliqonlarda basdırılması” mövzularında seminara başlanılıb. Qurum nümayəndəsi tələbələrə tullantıdan enerjinin alınması məqsədilə müvafiq zavodlarda həyata keçirilən işlərdən, bərk məişət tullantılarının idarə edilməsi prinsipləri istiqamətində layihələrdən danışıb. O, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti, zavodun istehsalat gücünə görə Şərqi Avropada və Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında bu tipli ən iri müəssisə olduğu vurğulayıb. Qeyd edək ki, AzMİU ilə “Təmiz Şəhər” ASC arasında əməkdaşlığa əsasən mütəmadi olaraq təşkil edilən seminarlara mövzuya uyğun ixtisaslar üzrə təhsil alan tələbələr cəlb edilir. Seminarlar tələbələrin nəzəri bilkilərinin praktik olaraq möhkəmləndirməsinə imkan verir. |
26-12-2022