“Scopus”un məsləhətçisi tərəfindən AzMİU əməkdaşları üçün vebinar keçirilib [22.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professor-müəllim heyəti üçün “Scopus” beynəlxalq bazasının Türkiyə, Rusiya və Orta Asiyada analitik həllər üzrə məsləhətçisi Kirill İvanovun növbəti vebinarını keçirilib. 
Vebinarın mövzusu universitet əməkdaşlarının sorğusu əsasında tərtib olunub. Vebinarda beynəlxalq jurnalların axtarışı, ədəbiyyat seçimi, “Scopus” tərəfindən indeksləşdirilmiş nəşrlərdə məqalələrin təqdim edilməsi prosedurunun xüsusiyyətləri, tədqiqatçıların profili və ORCID funksiyası, konfrans materiallarının indeksləşdirilməsinin xüsusiyyətləri haqqında ətraflı məlumat verilib. 
Sonda Kirill İvanov iştirakçıların suallarını cavablandırıb, suallar əsasında növbəti vebinarın mövzusu təyin olunub.
 

 

22-12-2022