Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı elmi seminar keçirilib [21.12.2022]


“İqtisadi nəzəriyyə və marketinq” kafedrasında elmi seminar keçirilib. Seminarda AzMİU-nun Elmi tədqiqat şöbəsinin əməkdaşları, Tikinti-iqitsad fakültəsinin, eləcə də İqtisadi nəzəriyyə və marketinq kafedrasının professor və müəllim heyyəti iştirak edib. 
Məruzəçi, kafedranın baş müəllimi Ofelya Nəsirova  “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində aqrar sahənin rolunun artırılması yolları” adlı mövzu ilə çıxış edərək Azərbaycanda ərzaq təhlükəsizliyinin mövcud vəziyyətinin qiymətləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətləri haqqında geniş məlumat verib. O, həmçinin Azərbaycanın müasir vəziyyətinin qeosiyasi və geoiqtisadi aspektləri haqqında da danışıb. 
Sonda elmi seminarda ərzaq təhlükəsizliyinin mövcud vəziyyəti müzakirə edilib, fikir mübadiləsi aparılıb və məruzəçi tərəfindən mövzu ilə bağlı suallar  cavablandırılıb.

 

21-12-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]