AzMİU-nun “Ekologiya və su təsərrüfatı” elmi jurnalının 5-ci nömrəsi nəşr olunub [20.12.2022]


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiyaları sistemi fakültəsinin “Ekologiya və su təsərrüfatı” elmi jurnalının 5-ci nömrəsi nəşr olunub. 

Jurnalda “Ekologiya və ətraf mühitin mühafizəsi”, “Hidrotexnika və meliorasiya” və “Mühəndis qurğuları və inşaat konstruksiyaları” bölmələri üzrə ümumilikdə 26 elmi məqalə dərc edilib. Elmi məqalələrin əksəriyyəti müştərək olaraq 60 müəllif tərəfindən yazılıb.

Azərbaycan, İngilis və Rus dillərində yazılan məqalələrdən 6-sı “Ekologiya və ətraf mühitin mühafizəsi”, 8-i “Hidrotexnika və meliorasiya”, 12-si isə “Mühəndis qurğuları və inşaat konstruksiyaları” bölməsinə aiddir. 

Qeyd edək ki, “Ekologiya və su təsərrüfatı” elmi jurnalının 5-ci nömrəsi də digər nömrələri kimi ekosu.az (https://ekosu.az/jurnal/basliqsiz/) saytına yerləşdirilib. Saytın jurnallar bölməsinə daxil olaraq ümumilikdə jurnalı və məqalələri ayrılıqda əldə etmək mümkündür.

 

20-12-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]