Mexanika kafedrasında elmi seminar keçirilib [19.12.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti, Elmi tədqiqat şöbəsinin əməkdaşları və doktorantlar iştirak ediblər.
Mexanika kafedranın dosenti Ağakişi Məmmədov “Təminatlı gərilmə birləşməsinin zərbə qüvvəsinə hesablanması” adlı məruzə ilə çıxış edib. Məruzəçi təqdim olunan işin maşınqayırma sənayesində gərilmə hesabına yaranan birləşmələrdə istifadə olunmasından bəhs edib. Düz dişli ötürmədə zərbə qüvvəsi birləşmənin möhkəmliyinə mənfi təsir göstərdiyindən hesablama zamanı bu metoddan istifadənin əhəmiyyətindən danışıb.
Sonda seminarda iştirak edən professor-müəllim heyəti məruzə ətrafında fikir mübadiləsi aparıb, məruzəçi tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb.
|
19-12-2022