AzMİU əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər [19.12.2022]
Bakı Ali Neft Məktəbində “British Council”ın təşkilatçılığı ilə keçirilən "Tələbələrin gələcəkdə sahibkarlıq təhsilinə hazırlığı" mövzusu üzrə “Creative Spark” layihəsinin sonuncu təlimi keçirilib. Təlimdə universitetimizi Nərmin Rzayeva, Nəsibə Əmirbəyova, Pərvin Quliyeva, Rəna Cəbrayılova, Tükəzban Həsənova və Ramin Əkbərov təmsil edib. Proqramın açılışını Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ferqus Auld edib. Səfir təlimin əhəmiyyətindən, “Creative Spark” layihəsinin ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsinə töhfəsindən danışıb. Sonra Nyu Kastl Universitetinin əməkdaşları Fiona Uaythurst və Ley Siar tərəfindən təlimə başlanılıb. 3 gün davam edən təlimdə sahibkarlıq bacarıqlarının təhsilə tətbiqi barədə bir çox metodlar təklif olunub. Təlimdə “British Council”ın Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyeva sahibkarlıq sahəsində aparılan işlərin effektivliyi barədə məlumat da verib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub. |
19-12-2022