AzMİU-da çoxmərtəbəli binaların tikinti və layihələndirilməsilə bağlı seminar keçirilib [19.12.2022]


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İnşaat konstruksiyaları kafedrasının genişləndirilmiş tərkibdə seminarı keçirilib. Seminarda AzMİU-nun İnşaat fakültəsinin, İnşaat konstruksiyaları kafedrasının professor müəllim heyəti, doktorant və tələbələrlə yanaşı, respublikamızın tanınmış konstruktorları və istehsalatda çalışan mühəndislər də iştirak edib. 

Seminarda  kafedranın dosenti Hüseyn Xəlilov “Çoxmərtəbəli binaların layihələndirilməsinin bəzi problemləri haqqında” adlı məruzə ilə çıxış edib. 

Məruzəçi çıxışında çoxmərtəbəli binaların hesablanması zamanı yeraltı zirzəmilərin binanın ümumi mərtəbəliliyinə və həddi hündürlüyünə təsiri, diafraqmalarının  kəsilən və kəsilməz olduğu halda karkasın qəbul etdiyi qüvvələrin hesablanması ilə bağlı ətraflı məlumat verib. Seminarda, həmçinin zəlzələ bölgələrində binaların layihələndirilməsində svaylardan istifadənin mənfi və müsbət cəhədləri, konstruktiv layihələndirmə ilə bağlı norma və qaydalarda olan mövcud problemlər və s. kimi məsələlərə də toxunulub. 

Məruzədən sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb. 

 

19-12-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]