Tələbələrə “Dəmir-beton konstruksiya elementləri haqqında anlayış” mövzusunda seminar keçirilib [15.12.2022]


Azərbaycan Memarlıq və İnşaat Universitetinnin (AzMİU) İnşaat  fakültəsinin tələbələrinə “Dəmir-beton konstruksiya elementləri haqqında anlayış” mövzusunda seminar keçirilib. 
Seminar İnşaat fakültəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “AzMİU Academy”nin təşkilatçılığı ilə İnşaat fakültəsinin dekan müavini Şaiq Quluzadə və mühəndis-konstruktor Şahin Həsənov tərəfindən keçirilib.
Seminarda gənc mühəndislərə inşaat konstruksiyaları və onların layihələndirilməsi mövzusu ilə bağlı geniş məlumat verilib. 
Sonda mütəxəssislər tələbələri maraqlandıran sualları cavablandırıblar.
 

 

15-12-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]