AzMİU-da “Şuşaya qayıdırıq!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub [14.12.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Şuşa ilinə həsr olunmuş silsilə vətənpərvərlik tədbirləri davam edir. Növbəti tədbir universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsinin tələbələri tərəfindən “Şuşaya qayıdırıq!” ədəbi-bədii kompozisiyası təqdim edilib. Layihənin rəhbəri AzMİU-nun tələbəsi Leyla Kasımdır.
Ədəbi-bədii kompozisiya başlamazdan öncə bizə zəfər qürurunu yaşadan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
AzMİU TGT-nin sədri Tacir İsmayılzadə çıxış edərək tədbirin əhəmiyyəti, kompazisiyanın hazırlanmasında iştirak edən tələbələr haqqında məlumat verib.
ST və MKS fakültəsinin dekan müavini Elgiz Həsənova tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və qeyd edib ki, AzMİU-da hərbi-vətənpərvərlik məsələlərinə, tələbələrin bu istiqamətdə marifləndirilməsi işinə həssaslıqla yanaşılır.
Daha sonra “Dünəndən bu günə” ədəbi-bədii kompozisiyası təqdim edilib. Aktyorlar AzMİU-nun tələbələri Leyla Kasım, Nihat Hüseynov, Zakir Qasımov, Təbəssüm Abdullazadə, Aysun Ağayeva, Fazil Bayramov və Hüseyn Paşazadə müharibə dövründə baş verən prosesləri canlandırıblar.
44 günlük müharibədən sonra dillərdə əzbər olan “Qarabağ Azərbaycandır” ifadəsi müxtəlif dillərdə videoçarx formatda tədbir iştirakçılarına təqdim olunub. Səhnələri daha da qüvvətləndirmək üçün hərbi-vətənpərvərlik mövzularında olan müxtəlif şeirlər səsləndirilib. Şuşanın dağları mahnısının sədaları altında Aydan Sadıyeva rəqs edib. Arif Qurbanov sazda hərbi-vətənpərvərlik mövzularında musiqilər ifa edib. Ömər Quliyev tərəfindən Xudayar təsnifi səslənib.
Sonda səhnəyə Alik ritm qrupuyla birlikdə bütün tədbir iştirakçıları dəvət olunaraq xatirə fotoşəkilləri çəkilib.
|
14-12-2022