Tələbələrə sosial sahibkarlıq və layihələrin idarə edilməsi mövzusunda təlim keçirilib [05.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin (İBİ) təşkilatçılığı ilə toxum.org platformasının həmtəsisçisi Toğrul Vəliyev ilə tələbələrin görüşü keçirilib. Görüşdə kraudfandinqlə aktiv şəkildə maraqlanan tələbələrə “Kraudfandinqin sirləri” mövzusunda seminar keçirib. 

Təlimçi tələbələrə kraudfandinqin inkişaf yolu, sosial sahibkarlıq və layihələrin idarə edilməsi barədə geniş məlumat verib.

İnteraktiv davam edən görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.

 

05-12-2022