AzMİU tələbələri Norm sement zavoduna ekskursiya ediblər [05.12.2022]
Norm Açıq Səhmdar Cəmiyyəti (AzMİU) ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında imzalanmış Memorandum çərçivəsində universitetin “Layihələrin idarə olunması” ixtisası üzrə I kurs magistratura, “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə təhsilm alan IV kurs bakalavr tələbələri və müəllim heyətinin Norm sement zavoduna ekskursiyası təşkil olunub. Proqrama uyğun olaraq günün birinci yarısında tələbələrə zavod haqqında ətraflı məlumat verilib , “Sement istehsalına giriş” barədə təlim və “SƏTƏM qaydaları” haqda təlimat keçirilib. Günün ikinci yarısında tələbələr mütəxəssislərin bələdçiliyi ilə zavod ərazisini gəziblər, sement istehsalında istifadə olunan xammalın çeşidlənməsi, sementin tərkibinin müəyyən olunması, sementin bişirilmə klinkerin üyüdülmə prosesləri ilə tanış olublar. Daha sonra tələbələr beton laboratoriyasının iş prinsipini izləyiblər. Məlumat verilib ki, laboratoriyasında qüvvədə olan müvafiq standartların (AZS – Azərbaycan , EN-Avropa, ASTM-ABŞ və QOST -Rusiya) tələbləri əsasında beton doldurucularının, kimyəvi qatqıların və fərqli tatbiq sahəsinə uyğun olan müxtəlif növ betonların sınaqları aparılır. Burada doldurucuların optimal nisbəti seçilməklə beton qarışığının tərkibi hazırlanır, həqiqi həcmi çəkisi və hava miqdarı təyin edilir və ilkin axıcılığı ölçülməklə müəyyən müddət ərzində bu axıcılığın saxlanma qabiliyyətindəki dəyişikliklər izlənir. |
05-12-2022