AzMİU-nun növbəti akkreditasiyası ilə bağlı görüş keçirilib [01.12.2022]


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) növbəti akkreditasiyası ilə bağlı Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasovla görüş keçirilib. Görüşdə AzMİU-nun rəhbərliyi, fakültə dekanları və əlaqəli struktur rəhbərləri iştirak edib.   
AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov görüşün əhəmiyyəti, ali təhsil müəssisələrinin akkreditasiyasının mühümlüyünə diqqət çəkərək AzMİU-da keyfiyyətin təminatı, bu istiqamətdə beynəlxalq təcrübə və standartların tətbiqi ilə bağlı görülən işlərdən danışıb. Prorektor qeyd edib ki, AzMİU sonuncu dəfə 2014-cü ildə akkreditasiyadan keçib və ötən 8 ilə müddətində bir sıra sahədə, o cümlədən tədris, elmi tədqiqqat, beynəlxalq əlaqələrdə ciddi irəliləyişlər əldə olunub. 
Daha sonra TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov təqdimatla çıxış edib. O, çıxışında akkreditasiyanın şərtləri, təqdim edilməsi vacib olan sənədlər, məlumatların tərtib edilməsi qaydaları və s. incəliklər haqqında geniş izahat verib. 
Sonda Asiman İlyasov görüş iştirakçılarının ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı suallarını cavablandırıb. 
 

01-12-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]