Tələbələrimiz Norm ASC-də istehsalat təcrübəsinə cəlb olunacaqlar [01.12.2022]
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Norma Açıq Səhmdar Cəmiyyəti (ASC) arasındakı əməkdaşlığa əsasən universitetin bir qrup tələbəsi Norm ASC-də istehsalat təcrübəsində olacaq.
Təcrübəyə cəlb olunacaq tələbələrin seçimi üçün universitetin Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə Norm ASC-nin nümayəndələri tərəfindən müsabiqə keçirilib. Müsabiqədə 25 tələbənin məntiqi təfəkkürü, dil biliyi və dünyagörüşü yoxlanılıb.
Müsabiqədən keçən tələbələr Norm ASC-də ixtisasları üzrə istehsalat təcrübəsinə növbəti ilin fevral ayından etibarən başlayacaqlar.
|
01-12-2022