AzMİU-nun əməkdaşı Böyük Britaniyada səfərdə olub [30.11.2022]
Böyük Britaniyanın "Creative Spark" proqramı çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İBİ mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova British Council-ın təşkilatçılığı ilə Birləşmiş Krallıqda səfərdə olub. Səfər çərçivəsində Nəsibə Əmirbəyova Böyük Britaniyanın Birminhem, Lester, Derbi, Kaventri və Louqborouq şəhərlərində təşkil olunan təlimlərdə iştirak edib. Təlimlərdə Böyük Britaniyanın aparıcı mütəxəssisləri tərəfindən startap ekosistemin formalaşdırılması, inkişaf etdirilməsi, bu istiqamətdə olan təşəbbüslərin dəstəklənməsi ilə bağlı geniş məlumatlar verilib. Səfər zamanı Böyük Britaniyanın universitetlərinin müxtəlif startap mərkəzlərində görüşlər də keçirilib. Görüşlərdə həmin universitetlərin startap ekosistem ilə əlaqədar araşdırmaları, mərkəzləri, bu istiqamətdə fəaliyyətləri ilə tanışlıq olunub, fikir mübadiləsi aparılıb. Məlumat üçün bildirək ki, proqram çərçivəsində həyata keçirilən səfərdə Azərbaycandan Nəsibə Əmirbəyova ilə yanaşı, ADA Universitetinin ixtisasartırma şöbəsinin rəhbəri Nərgiz İsmayılova da iştirak edib. Qeyd edək ki, "Creative Spark" proqramı Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə nəzərdə tutulan beş illik təşəbbüsdür. |
30-11-2022