AzMİU əməkdaşları “İnnovativ İnkişaf: Statistikadan İqtisadiyyata” II Respublika Elmi-Praktik Konfransında çıxış ediblər [28.11.2022]
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi tərəfindən “İnnovativ İnkişaf: Statistikadan İqtisadiyyata” II Respublika Elmi-Praktik Konfransı keçirilib.
Dövlət Statistika Komitəsi sədr müavini, dosent Yusif Yusifov konfransı giriş sözü ilə açaraq innovativ inkişafa gedən yolda statistikanın əhəmiyyəti, inkişaf strategiyasının hazırlanmasında statistik məlumatlardan istifadə və bu istiqamətdə görülən işlərdən danışıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri professor Məhəbbət Məmmədov konfransda məruzə ilə çıxış edib. Məhəbbət Məmmədov Respublikada iqtisadi tədqiqatlarda innovasiyalar, Azərbaycanda enerji istehlakının statistik tədqiqi, İnkişaf strategiyalarında innovasiyaların rolu və Tədris prosesinin təşkilində innovasiyalar haqqında geniş məlumat verib.
AzMİU-nun “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının əməkdaşları dosent Aytən Abasova, dosent Bəşər Şirinov, dosent Kəmalə Məmmədova və magistr-tədqiqatçılar Vüsalə Səfərova, Fəridə Mirzəlizadə də qeyd olunan istiqamətlər üzrə apardıqları tədqiqatlar haqqında çıxış ediblər.
|
28-11-2022