AzMİU ilə Samara Dövlət Texniki Universititi arasında əməkdaşlıq imkanları müzakirə edilib [24.11.2022]


Rusiya Federasiyasının Samara Dövlət Texniki Universititinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Anna Zotova və dilçilik (linqvistika) kafedrasının professoru Yulia Lopuxova Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. 
Qonaqlar AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Fərhad Əliyev və şöbənin əməkdaşı Natiq Məhəməliyev ilə görüşüblər.
Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın qurulması, eləcə də potensial imkanlar barədə müzakirələr aparılıb. İki ali təhsil müəssisəsi arasında tələbə və müəllimlərin mübadiləsi, qarşılıqlı qrantların ayrılması, akademik rus dilinin tələbə və müəllimlərə tədris olunması ilə bağlı sıx əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olub.
 

 

24-11-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]