AzMİU-nun tədqiqatçıları üçün Scopus bazasında səmərəli tədqiqat  göstəriciləri  ilə bağlı  növbəti onlayn vebinar keçirilib [24.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə universitetin professor-müəllim heyəti üçün “Səmərəli Tədqiqat  Göstəriciləri: Əhəmiyyəti, İstifadəsi və Məhdudiyyətləri” adlı onlayn vebinar keçirilib. 
Vebinar tədqiqatların, elmi məqalələrin, jurnalların elmmetrik göstəricilərinin araşdırılmasına və onların tətbiqinə həsr olunub. 
Scopus beynəlxalq bazasının Rusiya və Orta Asiyada analitik həllər üzrə məsləhətçisi Kirill İvanov çıxış edərək beynəlxalq elmi nəşrlərdə məqalə nəşr etməyi planlaşdıran hər kəs üçün aktual olan məsələlərə toxunub. Məruzəçi Scopus bazasında olan jurnallarda məqalələrə qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərdən də danışıb.  
Vebinarda AzMİU-nun 40-a yaxın əməkdaşı iştirak edib. Sonda Scopusun məsləhətçisi Kirill İvanov vebinar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
 

 

24-11-2022