"Müasir şəhərsalma strukturunda rekreasiya zonalarının əhəmiyyəti" mövzusunda elmi seminar keçirilib [23.11.2022]


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxanasının təşkilatçılığı ilə elmi seminar keçirilib. Seminarda Elm və İnnovasiya Məsələləri üzrə prorektor, professor Nigar Aslanova, Memarlıq fakültəsinin əməkdaşları, magistr və 4 kurs tələbələri iştirak ediblər. 
Memarlığın əsasları kafedrasının əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru Fidan Mustafayeva “Müasir şəhərsalma strukturunda rekreasiya zonalarının əhəmiyyəti” adlı məruzə ilə çıxış edib. Məruzəçi iri şəhərlərdə rekreasiya zonaları, Azərbaycan və Qərbi Avropanın iri şəhərlərinin  rekreasiya zonalarına dair geniş təhlil, rekreasiya zonalarının layihələndirilməsinə dair yeni konsepsiyalar və s. haqqında aktual məsələlərə toxunub. 
Sonda elmi seminarda iştirak edən professor-müəllim heyəti məruzə ətrafında fikir mübadiləsi aparıblar, məruzəçi tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb.
 

 

23-11-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]