AzMİU tələbələri Norm sement zavodunda olublar  [21.11.2022]

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Norm Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında imzalanmış Memorandum çərçivəsində AzMİU Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri, dosent Ruhəngiz Əliyevanın təşkilatçılığı ilə Norm sement zavoduna ekskursiya təşkil olunub. Ekskursiyada layihələrin idarə olunması ixtisası üzrə magistr səviyyəsində I kurs, sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan IV kurs tələbələri və professor-müəllim heyəti iştirak ediblər.

Proqrama uyğun olaraq, günün birinci yarısında tələbələrə zavod haqqında ətraflı məlumat verilib. “Sement istehsalına giriş” barədə təlim və “SƏTƏM qaydaları” haqda təliç keçirilib. Günün ikinci yarısında isə tələbələr zavodun mütəxəssislərinin bələdçiliyi ilə zavod ərazisini gəziblər, sement istehsalında istifadə olunan xammalın çeşidlənməsi, sementin tərkibinin müəyyən olunması, sementin bişirilmə, klinkerin üyüdülmə prosesləri ilə tanış olublar və Beton laboratoriyasının iş prinsipini izləyiblər.  

 

21-11-2022