AzMİU-nun layihəsi Elm Fondunun elan etdiyi müsabiqənin qalibi oldu [05.11.2022]


Zəfər Günü ərəfəsində Azərbaycan Elm Fondu tərəfindən elan edilən “Qarabağ‑Azərbaycandır!” adlı qrant müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə iştirak edən 32 layihədən Azərbaycan üzrə  yalnız 8-i qalib olaraq seçilib.
Azərbaycan üzrə seçilən layihələrdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) məxsusdur. Universitetin “Materialşünaslıq” kafedrasının müdiri, professor İradə Şirinzadənin rəhbərliyi ilə  təqdim olunmuş layihənin adı “Qarabağın tarixi abidələrinin bərpasında istifadə ediləcək inşaat məhlulları tərkiblərinin işlənməsi”dir.
Layihə Qarabağın tarixi abidələrinin bərpası üçün həyati əhəmiyyət kəsb edir. Belə ki, Qarabağın tarixi abidələri konflikt dövründə erməni işğalçıları tərəfindən ya tamamilə dağıdılmış, ya da ciddi zərər görmüşdür. Hətta bir sıra abidələr (Şahbulaq Qalası) düşmənlərimiz tərəfindən kobudcasına “bərpa edilmiş”, XVIII əsrin abidəsini portlandsement əsaslı suvaqla sanki yamamışlar. Layihə belə  abidələrin bərpası üçün original məhlullara bənzər  tərkiblərin işlənib hazırlanmasına və bərpaçılara təqdim olunmasına həsr edilib. 
Qeyd edək ki, layihənin icrası üçün Azərbaycan Elm Fondu  tərəfindən150 000 manat büdcə ayrılıb. Qrant layihənin icrası 24 ay müddətində nəzərdə tutulub.
 

 

05-11-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]