AzMİU-da İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun mühafizə problemləri müzakirə olunub [05.11.2022]


2 noyabr 2022-ci il tarixində Memarlıq fakültəsi “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasında elmi seminar keçirilmişdir. Seminarda Elmi Tədqiqat Şöbəsinin və Memarlıq fakültəsinin əməkdaşları da iştirak edib. Məruzəçi “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasının müəllimi Nigar Qəmbər Natiq qızı “İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun mühafizə problemləri” adlı mövzu ilə çıxış edib.  
Məruzəçinin müraciət etdiyi “İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun mühafizə problemləri” adlı mövzusu dövrünün aktual problemi kimi seminar iştirakçılarının diqqəti cəlb edib. Seminarda qeyd olunub ki, Azərbaycan ərazisindəki digər qoruqlar kimi bu qoruğun da tədqiqata və memarlıq irsinin bərpa problemlərinin həllinə böyük ehtiyacı var. 
 Seminarda məruzəçi İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun tarixi formalaşmasından danışıb. O, 1-ci fəsildə qoruğun inkişaf mərhələləri, ərazidə aparılmış arxeoloji qazıntıların nəticəsi, qoruğun formalaşmasında landşaftın rolu və şəhərsalma inkişafı məqamlarına toxunub.
2-ci fəsildə məruzəçi arxiv materialları, həyata keçirilən ölçü işləri və fotofiksasiya əsasında İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki abidələrin qoruğun memarlıq simasındakı rolu, memarlıq kompozisiya xüsusiyyətləri, tipoloji təsnifatı, konstruktiv xüsusiyyətləri, inşaat texnikaları və tikinti materialları barədə məlumat verib. 
Qeyd edək ki, Nigar Qəmbər “İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun mühafizə problemləri” adlı mövzuda araşdırmalara, bərpa layihə təklifləri üzərində işləməyə və qoruğun tarixi, mədəni və turistik əhəmiyyətinin göstərilməsi istiqamətində işlərə davam edir.

 

05-11-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]