“WORK4CE” layihəsi çərçivəsində xarici qonaqlar AzMİU-da olublar
Ukrayna, Belçika və İspaniya universitetlərinin nümayəndələri “WORK4CE” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AZMİU) səfər ediblər.
Səfər çərçivəsində qonaqlar AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva ilə görüşüblər. Görüşdə “WORK4CE” layihəsi çərçivəsində və digər formatlarda AzMİU ilə əməkdaşlıq məsələləri müzakirə edilib.
Daha sonra qonaqlar AzMİU-nun tədris korpusları, auditoriyaları, tədris və tədqiqat laboratoriyaları ilə tanış olublar.
Qeyd edək ki, “Work4CE” layihəsi Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihəydə Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycanın ali təhsil müəssisələri təmsil olunurlar.
|
01-11-2022