“Şəhərsalma” üzrə yeni magistr proqramlarına qəbul 100% yerinə yetirilib [01.11.2022]
2022-2023-cü tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistratura səviyyəsində yeni açılan 3 magistr proqramının ikisinə tələbə qəbulu 100% yerinə yetirilib. Bunlar “Şəhərsalma” ixtisası üzrə “Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması” və “Şəhər infrastrukturunda smart texnologiyalar” proqramlarıdır. Bu iki proqram üzrə AzMİU-ya ümumilikdə 60 magistr qəbul olunub. Magistratura səviyyəsi üzrə yeni açılan digər, üçüncü proqram isə “Layihələrin idarə edilməsi” proqramıdır. Bu proqram üzrə tələbə qəbulu 97% yerinə yetirilib. Qeyd edək ki, ölkəmizdə, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən tikiti-quruculuq işləri, “ağıllı” kənd, “ağıllı” şəhər layihələri şəhərsalmada smart texnologiyaların tətbiqini və bu yöndə kadr potensialı məsələsini aktual edib. Şəhərsalmada smart texnologiyaların tətbiqi metodikası, elmi-praktik tərəfləri və tədrisin təşkili ilə bağlı xarici təcrübəni yaxından öyrənən AzMİU-da bu istiqamət üzrə kadr hazırlığının daha da gücləndirilməsi planlaşdırılır. Universitetin imkanları nəzərə alınmaqla növbəti illərdə sözügedən proqramlar üzrə qəbul yerlərinin sayı artırıla bilər. |
01-11-2022