AzMİU alimlərinin “SCOPUS” beynəlxalq bazasına çıxış imkanları genişləndirilir [01.11.2022]


“SCOPUS” beynəlxalq bazasının Rusiya və Orta Asiyada analitik həllər üzrə məsləhətçisi Kirill İvanov və Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə “accaunt” meneceri Damir Raxmetov Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. 
AzMİU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektor, professor Nigar Aslanova qonaqlarla universitetin “SCOPUS” bazası ilə bağlı prioritet məsələlərini müzakirə edib. Prorektor qeyd edib ki, AzMİU alimlərinin elmi məqalələrinin beynəlxalq reytinq bazalarına daxil olan jurnallarda nəşri universitet rəhbərliyinin diqqət mərkəzindədir. 
Daha sonra qonaqlar AzMİU-da nəşr olunan elmi jurnalların redaktorları ilə görüşüblər. Görüşdə AzMİU-nun Elmi-Tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli, Elmi əsərlər jurnalın məsul katibi Samirə Əkbərova və Elektron kitabxana şöbəsinin müdiri Aytən Rəhmanova da iştirak edib.  
Qonaqlarla “SCOPUS”da elmi jurnalların indeksləşdirilməsi: müraciət üçün nəşrin hazırlanması, seçim meyarları, proseduru və monitorinq, eləcə də konfrans məqalələri üçün indeksləşdirmə imkanları ilə bağlı geniş müzakirələr aparılıb. 
Daha sonra universitetin professor-müəllim heyəti üçün “Scopus-da indeksləşdirilmiş nəşrlərdə məqalələrin dərc edilməsi: jurnal seçimi, məqalələrə tələblər və nəşr etikası” adlı seminar keçirilib. Seminar zamanı mövzu ilə bağlı yaranan suallar mütəxəssislər tərəfindən cavablandırılıb

 

 

01-11-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]