İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə AzMİU tələbələri Milli Xalça Muzeyində latviyalı mütəxəssislə görüşüb [21.10.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzinin növbəti lahihəsi həyata keçirilib. Layihə çərçivəsində AzMİU-nun dizayn ixtisası üzrə bakalavr və magistratura pilləsində təhsil alan tələbələrin Azərbaycan Milli Xalça Muzeyinə səfəri təşkil olunub.
Səfər çərçivəsində tələbələrin Latviya Milli İncəsənət Muzeyinin Tekstil Sənəti Kolleksiyasının kuratoru Ruta Rinka ilə görüşü təşkil olunub. Görüş zamanı tələbələr Ruta Rinkanın “Latviya tətbiqi sənəti və dizayn: başlanğıcdan müasir interpretasiyayadək” adlı mühazirəsini dinləyiblər. İştirakçılara Latviya tətbiqi sənətinin baniləri hesab edilən Yulius Straume və Yulius Madernieksin zəngin yaradıcılığı barədə ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra Milli Xalça Muzeyində həyata keçirilən “İki Yulius” sərgisinə baxış keçirilib. Tələbələr ekspozisiya ilə yaxından tanış olublar və xatirə şəkili çəkdirilib.