Tələbələrimiz üçün motivasiya görüşləri təşkil olunub [17.10.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün iki motivasiya görüşü təşkil olunub. 
Birinci görüş AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə THİK-in nəzdində fəaliyyət göstərən AzMİU “Business club”da Orxan Mahmudovla olub. Görüş çərçivəsində “Karyera Quruculuğu” adlı seminar da təşkil olunub. Seminarda tələbələrin sualları cavablandırılıb, onlara karyera yönümlü tövsiyələr verilib.
     İkinci görüş isə hər il yüzlərlə tələbə ilə görüşən və onlarla biznes sirrlərini paylaşan biznesmen Elvin Dadaşsoyla olub. AzMİU-nun Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən görüşdə əsasən universitetin Tikinti-iqtisad fakültəsinin I, II və III kurs tələbələri iştirak ediblər.


 

17-10-2022