IV Avrasiya Risk Beynəlxalq Konfransında 83 məruzə dinlənilib [14.10.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən IV Avrasiya Risk Beynəlxalq Konfransı başa çatıb. 3 gün (11 – 13 oktyabr) davam edən konfrans AzMİU, “AMİR Technical Servises” şirkəti, Gürcüstan Texniki Universiteti, Honqkonq Şəhər Universiteti, Etibarlılıq üzrə Beynəlxalq Qrup – ABŞ-nin Qnedenko Forumu və Avrasiya SEISMO Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda 6 bölmə üzrə ümumilikdə 83 məruzə dinlənilib.
Avrasiya məkanında risklərin qiymətləndirilməsi və idarə edilməsi, infrastrukturların monitorinqi, su anbarlarının və təbii ehtiyatların istifadəsi zamanı ətraf mühitdə yaratdığı problemlər, ekoloji amillər, təbii fəlakətlər kimi məsələlərin müzakirə olunduğu konfransda Avstriya, İtaliya və Almaniya da daxil olmaqla dünyanın 6 ölkəsindən nüfuzlu elm adamları iştirak ediblər. Ümumilikdə konfransa 20 ölkədən elmi məqalələr daxil olub.