İtaliyanın Naba Akademiyasının nümayəndəsi AzMİU-da olub [07.10.2022]
İtaliyanın Naba Akademiyasının Tədqiqat İnstitutunun direktoru Elisa Poli Azərbaycan Memarlıq və İnşaat Univarsitetində (AzMİU) olub. Qonaqla AzMİU-nun Memarlıq fakültəsində görüş keçirilib.
Görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri, dosent Fərhad Əliyev, Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova, fakültənin müəllimləri, eləcə də universitetin əməkdaşları iştirak ediblər.
Qonağı salamlayan prorektor AzMİU haqqında geniş məlumat verib, İtaliyanın ölkəmizdəki səfirliyi və İtaliya universitetlərilə AzMİU-nun əlaqələrindən danışıb. Professor Nərgiz Abdullayeva qeyd edib ki, bu günə kimi birgə bir çox layihə icra edilib və əməkdaşlığın bariz nümunəsi olaraq AzMİU-da İtaliya-Azərbaycan Dizayn Mərkəzi fəaliyyət göstərir.
Təəssüratlarının yüksək olduğunu deyən Elisa Poli Naba Akademiyası haqqında ətraflı məlumat verib. AzMİU-da memarlıq və dizayn istiqamətində həyata keçirilən tədris proqramları, tədris dilləri və Memarlıq fakültəsinin əldə etdiyi RİBA akkreditasiyasını yüksək qiymətləndirən qonaq Naba Akademiyasının AzMİU ilə əməkdaşlıqda maraqlı olduğunu deyib.
Görüşdə əlaqələrin inkişaf etdirilməsi üçün əməkdaşlıq imkanlarının araşdırılması qərara alınıb.
Sonra Elisa Poli Memarlıq fakültəsinin tədris auditoriyaları, dərs prosesi, İtaliya-Azərbaycan Dizayn Mərkəzi, sərgi salonu ilə tanış olub, fakültənin professor-müəllim heyəti və tələbələrlə söhbət aparıb.