Azərbaycan Memarlıq və İnşaat Universitetinin Şəhid olan hərbi qulluqçularımızla bağlı başsağlığı [14.09.2022]
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrimizin 50 hərbi qulluqçusu Şəhid olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti, tələbələri və məzunları vətənimizin müdafiəsində, eləcə də dövlətçiliyimizə qarşı təxribatların qarşısının alınmasında hər zaman aktiv iştirak ediblər. Kollektivimiz və tələbələrimiz Ali Baş Komandanımızın, Ordumuzun yanındadır və vətənimizə, dövlətçiliyimizə qarşı istənilən təxribata layiqli cavab verməyə hazırdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti, əməkdaşları və tələbələri adından Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.