AzMİU-nun müəllimləri Yıldız Texnik Universitetində tədqiqat işi aparır [29.07.2022]

         Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında bağlanmış Əməkdaşlıq memorandumuna əsasən universitetin müəllimləri Orxan Naqdiyev və İsa Muradov adıçəkilən universitetdə elmi ezamiyyətdə olublar. Sənayenin təşkili və idarəedilməsi kafedrasının doktorantı O.Naqdiyev, İqtisadi nəzəriyyə və marketinq kafedrasının doktorantı İ.Muradov səfər çərçivəsində doktorantura təhsili ilə əlaqədar müxtəlif kafedralarda görüşmələrə qatılıblar, kitabxanada arasdırma aparıblar. 
         Yıldız Texnik Universitetinin İqtisadiyyat və idarəetmə elmlər fakültəsinin İqtisad kafedrasında doktorantura səviyyəsində elmi-tədqiqat işi aparan müəllimlərimizə kafedra mudiri professor Murat Anil Mərcan yaxından kömək edib. Səfər zamanı AzMİU təmsilçiləri YTU-nun Beynəlxalq əlaqələr koordinatoru Murat Turahan ilə de görüşüb əməkdaslığın genisləndirilməsi və davamlılıgı barədə danışıqlar aparıblar. 
 

29-07-2022