AzMİU-da “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub [14.06.2022]

          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin  xalq şairi Zəlimxan Yaqubun  “Böyük ömrün dastanı” adlı poeması  əsasında hazırladığı eyniadlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbirdə AzMİU-nun rektorluğu, professor-müəllim heyəti, ictimai təşkilatları və tələbələri iştirak edib. 
         Tamaşadan əvvəl ümummilli lider Heydər Əliyevin  və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzMİU-nun Tədris işləri üzrə prorektoru, professor Akif Qasımov ulu öndərin mənalı həyat yolundan, siyasi fəaliyyətinin əsas istiqamətlərindən, öz xalqının rifahı və dövlətinin parlaq gələcəyi naminə gördüyü işlərdən danışıb. 
          Daha sonra “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya təqdim olunub. Məlumat üçün qeyd edək ki, kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Əməkdar artist Şükufə Musayeva, Püstəxanım Zeynalova,  Nazir Rüstəmov, Xanirə İsgəndərova, Rasəf Mehdiyev və digərləri kompozisiyada rol alıblar. 
 

15-06-2022