AzMİU Türkiyənin Bartın Universiteti ilə əməkdaşlığa başlayıb [06.06.2022]

    Azərbaycan  Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Türkiyənin Bartin Universitetinin rektoru və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə universitetlərarası əməkdaşlıq məsələləri müzakirə edilib. 
    Əməkdaşlıq çərçivəsində AzMİU ilə ilə Türkiyənin Bartın Universiteti arasında “Erasmus+KA1” tələbə və müəllim mübadiləsini dəstəkləyən protokol və əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədləri AzMİU-nun rektoru Gülçöhrə Məmmədova və Bartın Universitetinin rektoru Orxan Uzun imzalayıblar. Rektorlar müqavilənin işlək olacağına və yaxın gələcəkdə hər iki universitetə fayda verəcəyinə əminilik ifadə ediblər.
          

04-07-2022