2022-2023-cü tədris ilinin payız və yaz semestrində  Türk Universitetləri Birliyinin Orhun Mübadilə Proqramına  müəllim və tələbələr üçün aşağıdakı istiqamətlərdə sənəd qəbulu elan olunur!

     Tələbələr - cədvəldə göstərilən istiqamətlərdən birində 2 və 3-cü kurslarda təhsil almalı, ÜOMG minimum 65 olmalı, gedəcəyi universitetdə verilən tədris dilində oxumaq bacarığına malik olmalıdır. Təhsil müddəti 1 semestrdir.
Müəllimlər - cədvəldə göstərilən ixtisaslar üzrə minimum 1 həftə, getdikləri universitetdə akademik fəaliyyətləri həftəlik altı saatdan az olmayaraq mübadilə oluna bilərlər.
     Son müraciət tarixi - 10 iyun 2022.
     Tələbələr üçün tələb olunan sənədlər: Transkript (azərbaycanca) və Öğrenci bilgi Formu (linkə daxil olaraq yükləmək olar: http://turkunib.org/tr/orhun)
     Müəllimlər üçün tələb olunan sənədlər: Öğretim Üyesi Bilgi Formu və Öğretim Üyesi Hareketlilik Programı
     Formalar http://turkunib.org/tr/orhun adresindən yüklənə bilər.
     Yalnız bir universitet üçün müraciət etmək olar. 
     Sənədlər kompüterdə doldurulmalıdır. 
     Əlavə suallarınız olarsa, AzMİU-nun Xarici əlaqələr şöbəsinə müraciət edin.
     Tel.+994 12 434 15 97

01-06-2022