Memarlıq fakültəsinin tələbələri Dövlət Gömrük Komitəsinin yeni binasının inşasıyla tanış olublar [12.05.2022]


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədovanın təşkilatçılığı və iştirakıyla tələbələr Dövlət Gömrük Komitəsinin yeni binasının inşasıyla tanış olublar. Bu səfər tələbələrə inşaat prossesini yaxından izləmək və dərslərdə əldə etdikləri nəzəri biliklərin əyani olaraq təcrübədə tətbiqini görmək imkanı yaradıb.
     Memarlıq ixtisası üzrə təhsil alan II kurs tələbələri tikinti meydançasında binanın layihəsi, binanın inşaatında tətbiq edilən müasir texnologiyalar və materiallar, layihənin xüsusiyyətləri haqqında ətraflı məlumat alıblar.      

     Layihənin rəhbəri və baş memarı, Azərbaycanın əməkdar memarı Nəriman İmaməliyev tələbələrə tikintidə istifadə olunan müasir konstruksiyalar, bünövrədən sütunların çıxıntısı, örtük tavaları, rigerlərin yığılması, armaturların toxunması və ara məsafələrindən danışıb. Tanışlıq tələbələrin böyük marağına səbəb olub. 

12-05-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]