AzMİU-nun futbol komandası çempionatda bürünc medal qazanıb [10.05.2022]

           
          Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında mini-futbol çempionatı başa çatıb.  Çempionat Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, AFFA, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai birliyi və “Azfar Qroup” QSC-nin dəstəyi ilə keçirilib. Turnirdə ümumilikdə 16 ali təhsil müəssisəsinin komandası iştirak edib.
          Mayın 7-də keçirilən yarışda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) komandası Azərbaycan Dövlət Pedaqoji Universitetinin yığmasını 1:0 hesabı ilə məğlub edərək 3-cü yeri qazanıb. Bürünc medala layiq görülən komandamız 1500 manat pul və medallarla təltif olunub. 
         Məlumat üçün qeyd edək ki, çempionatın məqsədi Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda ümummilli lider Heydər Əliyev irsinin təbliği, idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsidir.
 

10-05-2022