Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 99-cu ildönümünə  həsr olunmuş futzal turniri keçirilib [05.05.2022]

     AFFA və AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisəsinin fakültələri arasında keçirilən futzal turnirinə yekun vurulub.
AzTU-nun idman zalında keçirilən final qarşılaşmasında İnşaat və Nəqliyyat fakültələrinin komandaları yarışıb. Gərgin keçən mübarizənin sonunda  İnşaat fakültəsinin komandası Nəqliyyat fakültəsinin komandasını 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Nəqliyyat fakültəsi II, Kollec III yerə çıxdı. 
    Turnirdə ilk üç yeri tutan komandalara müvafiq medallar və diplomlar təqdim olunub, müxtəlif nominasiyalar üzrə fərqlənən oyunçulara da mükafatlar verilib.
 

06-05-2022