Keyfiyyətə Nəzarət Mərkəzi  “Tədris prosesində müasir metodika  və texnologiyaların tətbiq olunması” adlı silsilə seminarlarını yekunlaşdırıb [29.04.2022]


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyətə Nəzarət Mərkəzinin təşkilatçılığı ilə fakültələr üzrə keçirilən silsilə seminarlar yekunlaşıb. 
     Tədrisin keyfiyyətini artırmaq üçün dərs prosesində müasir metod və üsullar, yeni  yanaşmalar, onların düzgün tətbiqi istiqamətində müəllimləri maarifləndirmək, eyni zamanda müəllimlər tərəfindən təcrübə mübadiləsini təmin etmək məqsədi ilə təşkil olunan seminarlar Universitetin Memarlıq, İnşaat, Tikinti-iqtisad, Mexanika və informasiya texnologiyaları fakültələrində keçirilib. 
     “Tədris prosesində müasir metodika və texnologiyaların tətbiq olunması” mövzusunda olan seminarlarda Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, Materialşünaslıq, Texnoloji maşın və avadanlıqlar, İqtisadi nəzəriyyə və marketinq, Sənayenin təşkili və idarə olunması kafedralarında keçirilən görüşlərdə Nəsibə Əmirbəyova, Kənan Həsənov, Xanlar Qəniyev, İsa Muradov, Günel İmanquliyeva, Ramin Əkbərov hazırladıqları təqdimatlarda dərsin  maraqlı, keyfiyyətli təqdim olunması, tələbələr tərəfindən daha tez mənimsənilməsi üçün tətbiq etdikləri yeni metodikadan danışıb, öz təcrübələrini bölüşüblər. 
          


 

29-04-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]