AzMİU-da “Vərdiş” Narkotikə YOX de! filminin təqdimatı keçirilib [28.04.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Narkomaniya bəlası ilə mübarizədə “VƏRDİŞ” qısametrajlı filmin çəkilişi və geniş ictimaiyyət arasında təbliği” layihəsi çərçivəsində “Vərdiş” Narkotikə YOX de! adlı qısametrajlı filmin təqdimatı keçirilib.
AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov giriş nitqi ilə çıxış edib, 21-ci əsrin ən böyük bəlalarından hesab olunan narkomaniya ilə bağlı tədbirin gənclərin maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizənin effektiv üsulları barədə fikirlərini bildirib.
Layihənin kordinatoru Kənan Qubadzadə bildirib ki, layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir. Film 7 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuat, televiziyalarda yayımlanacq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Vüqar İskəndərov, Jalə Əhmədova, Müşfiq Cəfərov və ekspertlər Ruhi Əliyeva, Anar Sarıyev çıxışlarında qeyd ediblər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir.
Qeyd edək ki, tədbirdə Missiya Media Qrupuna da təşəkkürnamə təqdim olunub.