AzMİU ilə Azərbaycan Milli Avtomobil Klubu arasında Əməkdaşlıq Memorandumu imzalanıb [27.04.2022]


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsində Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) rəhbərliyi ilə görüş olub. Görüşdə AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov, AMAK-ın sədri Tural Rəcəbli, Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov fakültənin dosenti Bulud Bağırov iştirak edib. 
     Tədbiri giriş sözü ilə prorektor A.Qasımov açıb, qonaqları salamlayaraq qeyd edib ki, AMAK ilə işgüzar əlaqələrin qurulması, tərəflər arasında əməkdaşlıq sazişinin bağlanması hər iki təşkilat üçün yeni perspektivlərin təməlini qoyur. O, bu əməkdaşlığın birgə fəaliyyət üçün çox faydalı olacağına ümid etdiyini deyib. Nəqliyyat fakültəsinin dekanı E.Yusifzadə bildirib ki, AMAK ilə 2 ildir əməkdaşlıq başlayıb və bu müddətdə Avropa Bankı, Beynəlxalq Avtomobil Federasiyası və digər qurumların iştirakı ilə birgə layihələr olub. AzMİU THİK-in sədri B.Aslanov tələbələrin bu layihələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. 
     AMAK sədri T.Rəcəbli universitetlə birgə layihələrdə iştirakdan məmnunluq duyduğunu,  bundan sonra da hər cür dəstək göstərəcəklərini və digər beynəlxalq partnyorlarla əlaqə qurmaq üçün yardımçı olacaqlarını qeyd edib. 
     Sonda AzMİU və AMAK arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalandı. 
 

27-04-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]