Keyfiyyətə Nəzarət Mərkəzi “Tədris prosesində müasir metodika və texnologiyaların tətbiq olunması” mövzusunda seminar keçirib [01.04.2022]


     
        Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyətə Nəzarət Mərkəzinin təşkilatçılığı ilə fakültələr üzrə “Tədris prosesində müasir metodika və texnologiyaların tətbiq olunması” mövzusunda silsilə seminarlara start verilib. İlk seminar bu gün Memarlıq fakültəsində təşkil olunub. Fakültənin Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müəllimi Lalə Əzimova “Tədrisdə yeni metodlar” mövzusunda təqdimat edib. O, təqdimatında dərsin  maraqlı, keyfiyyətli təqdim olunması, tələbələr tərəfindən daha tez mənimsənilməsi üçün tətbiq etdiyi yeni metodikadan danışıb, öz təcrübəsini bölüşüb. 
        Məlumat üçün qeyd edək ki, silsilə seminarların keçirilməsində məqsəd tədrisin keyfiyyətini artırmaq üçün dərs prosesində müasir metod və üsullar, yeni  yanaşmalar, onların düzgün tətbiqi istiqamətində müəllimləri maarifləndirmək, eyni zamanda müəllimlər tərəfindən təcrübə mübadiləsini təmin olunmasıdır. Növbəti seminarların Universitetin İnşaat, MİT və TİF fakültələrində keçirilməsi nəzərdə tutulub.
  
          
          


 

21-04-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]