AzMİU-da keçirilən startap müsabiqəsindən 10 komanda “Big Idea Challange 2022” idea yarışmasına vəsiqə qazanıb [15.04.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə innovasiya ekosisteminin formalaşmasında iştirak etmək və bu sahədə nailiyyətlər əldə etmək üçün universitetdaxili startap müsabiqəsi keçirilib. “CAN DO STARTUP” startap müsabiqəsində 27 startap layihə 2 ay müddətində mərkəzin mentorları tərəfindən hazırlanıb, daxili startap müsabiqəsində 18 komanda iştirak edib.
Layihələrin qiymətləndirilməsində Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva, Norm Sement MMC-nin mütəxəssisi Toğrul Muxtarov və New Space Akselerasiya Mərkəzinin rəhbəri Elçin Hüseynov iştirak edib. Nəticələrə əsasən 10 komanda final mərhələsinə vəsiqə qazanıb. Seçilmiş 10 layihə British Council-un təşkil etdiyi “Big Idea Challange 2022” idea yarışmasında AzMİU-nu təmsil etmək hüququ qazanıb.
Məlumat üçün qeyd edək ki, mərkəzin sayca 3-cü dəfə keçirdiyi müsabiqənin məqsədi startapların, texnosahibkarlığın və eləcə də biznes təşəbbüskarlığının inkişafını dəstəkləməkdir.