Rektor Bolqarıstanın ölkəmizdəki səfiri ilə görüş keçirib [14 04.2022]


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovla görüşüb. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də iştirak edib. 
     Görüşdə rektor AzMİU-da mövcud fakültələr və tədris olunan ixtisaslar, maddi-texniki baza və profesor-müəllim heyəti, təhsilin səviyyəsi, tədris və təhsildə olan yeniliklər haqqında səfirə məlumat verib. Rektor bildirib ki, AzMİU ali təhsilin bakalavr, magistratura və doktorantura səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını həyata keçirən qabaqcıl ali təhsil müəssisəsidir. Bolqarıstanın texniki universitetləri ilə əlaqələr qurmaq, tələbə və müəllim mübadiləsi proqramlarında iştirak etmək, birgə elmi tədqiqatlar keçirmək və s. imkanların reallaşmasının vacibliyini vurğulayan Gülçöhrə Məmmədova səfirlə bu istqamətdə fikir mübadiləsi aparıb. 
     İşgüzar müzakirələr əsasında keçən görüşdə Bolqarıstan səfiri AzMİU-da olmasından, səmimi münasibətdən məmnunluğunu bildirib. Qeyd edib ki, səfirlik olaraq təhsil sahəsində əməkdaşlığın daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcək. O, görüşdə müzakirə olunan məsələlərin qarşılıqlı əməkdaşlıq üçün çox önəmli olduğunu vurğulayıb. 
 

27-04-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]