Tələbələrimizin ən uğurlu layihələri bulvar ərazisində, Xalça muzeyində və Park Bulvar alış-veriş mərkəzində reallaşdırılacaq [13.04.2022]


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzində Memarlıq fakültəsinin dizayn ixtisasında təhsil alan tələbələri tərəfindən layihələndirilən işlərə ilkin baxış keçirilib. Tədbirdə AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov, Dizayn kafedrasının müəllimi Fəridə Qasımova iştirak ediblər. 
     Tədbir iştirakçılarına məlumat verilib ki, Universitetin Dizayn kafedrası ilə Bakı Bulvar İdarəsi, Xalça muzeyi və “Sandıqca” mağazalar şəbəkəsinin müştərək layihəsi “İctimai məkanda müvəqqəti, pərakəndə ticarət məqsədli kiçik memarliq həcminin interyerinin yaradılması” adlanır. Layihə yaz semestrinin sonunda bitəcək və işlər Bakı Bulvar İdarəsinə, Xalça muzeyinə və “Sandıqça” brendinə təqdim olunacaq. Ən uğurlu layihələr reallaşdırılaraq bulvar ərazisində, Xalça muzeyində və Park Bulvar alış-veriş mərkəzində qonaqların ixtiyarına veriləcək. 
     İlkin təqdimatdan sonra fakültənin 169 i qrupunun tələbələri tərəfindən layihələndirilən işlər nümayiş olunub, müzakirələr aparılıb, lazımi tövsiyyələr verilib. 

              

13-04-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]