AzMİU İtaliya-Azərbaycan Dizayn Mərkəzi “Gələcəyin dizaynerləri”  layihəsi çərçivəsində silsilə görüşlərə davam edir [13.04.2022]


          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə Memarlıq fakültəsinin dizayn ixtisası üzrə təhsil alan tələbələrinin dizayn sahəsində tanınmış mütəxəssislərlə silsilə görüşləri davam edir. Ötən gün gələcəyin  dizaynerləri layihə çərçivəsində daha bir görüşdə iştirak ediblər. 
          Bu dəfə tələbələr heykəltaraş, rəssam, dizayner Çingiz Babayevlə tanış olublar, onu yaxından tanıyıblar. “Yarat” Müasir İncəsənət Mərkəzində təşkil olunan görüşdə tələbələr  rəssamın emalatxanasının prototipi kimi təqdim olunan “İNSƏN” adlı fərdi sərgisinə də baş çəkiblər, əl işləri ilə tanış olublar. 
          Çingiz Babayev gələcək dizaynerlərə peşəkar fəaliyyətindən danışıb, uzun illər topladığı təcrübəsini bölüşüb, onlara dəyərli tövsiyələrini verib.  Rəssam gənc həmkarlarını maraqlandıran sualları da cavablandırıb.     

13-04-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]